Posted by : Unknown пятница, 5 апреля 2013 г.

Ruslan Abışov - Azərbaycan yığmasının və Kazan "Rubin"inin futbolçusu. 10 oktyabr 1987-ci ildə Bakıda anadan olub. Boyu 187 sm, çəkisi 74 kq.
Mərkəz müdafiəçisi olsa da, bəzi matçlarda yarımmüdafiədə də qüvvəsini sınayıb. Bir neçə oyunda isə pleymeyker kimi də bacarığını ortaya qoyub.
Transfer qiyməti: 400.000 avro.
"Neftçi" futbol məktəbinin yetirməsidir. Bu günə qədər qazandığı uğurlar da elə bu klubun adı ilə bağlıdır. Paytaxt klubunun heyətində 153 matç keçirib, 18 qola imza atıb. Daha sonra "Neftçi"nin əsas rəqibi olan "Xəzər Lənkəran"a transfer olunub. Bu, onun karyerasının ən qalmaqallı dönəmlərindən biri oldu. Belə ki, futbolçu bu addımına görə əksər "Neftçi" azarkeşlərinin qınağına tuş gəldi. Cənub təmsilçisinin heyətində 17 matçda forma geyinmək şansı qazandı və 1 qola imza atdı.
Ruslan Azərbaycan milli komandasının da əsas heyət oyunçularından biridi. Gənclər yığmasında 25 matç keçirən müdafiəçimizin aktivində 2 qol var. Daha sonra əsas yığmaya dəvət olunan Abışov, indiyə qədər seçmə komandada 30 matç keçirib, 3 qola imza atıb. Əsas millidə debütü 2009-cu ilin 5 sentyabr tarixində keçirilən Finlandiya matçına təsadüf edir. 
Karyerasının maraqlı dönəmlərindən biri də şou-bizneslə bağlıdı. Belə ki, futbolçu Sevda Yəhyayevanın "Gecdir Daha" klipinə çəkildikdən sonra bəzi jurnalistlər tərəfindən tənqid olundu. Buna səbəb kimi futbolçunun məhz bu dönəmlərdə zəif təsir bağışlaması oldu. "Xəzər Lənkəran"ın "Bakı" və "Simurq"la oynunda yol verdiyi kobud səhvlər də diqqətdən yayınmır.
Uğurları: 2 dəfə ölkə çempionu olub (2010/2011, 2011/2012)
2012-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib.

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

- Copyright © Gənc Futbolçular - Hatsune Miku - Powered by Blogger - Designed by Johanes Djogan -