Posted by : Unknown вторник, 2 апреля 2013 г.

Lukas - Braziliya seçməsinin və PSJ klubunun futbolçusu. 1992-ci ilin 13 avqustunda Braziliyanın San-Paulu şəhərində anadan olub. Tam adı Lukas Rodriqes Moura da Silvadır. Sol cinah yarımmüdafiəçisidir. Mərkəzdə və sağ cinahda da yaxşı oyun sərgiləyə bilir, hücumameyilldir. Sağ ayaqla daha təhlükəlidir.
Transfer qiyməti - 35.000.000 avro
Futbolçu kimi "Marselinko Karioki" futbol məktəbində yetişir. Daha sonra futbolçu "Santa Mariya" və "Jiventus" klublarında da təcrübə toplayır. 2002-ci ildə "Korintians"ın gənclər komandasının heyətinə cəlb edilir. Burada 3 il oynadıqdan sonra "San-Paulu" klubuna keçir. Debütü bir qədər yubansa da kluba yeni məşqçinin təyin edilməsi Lukas üçün də qapıları açır. Komandanın heyətində ilk matçı "Atletiko Paraneanse" ilə keçirilən oyuna təsadüf edir. Debüt uğurlu alınır və futbolçu ilin sonuna kimi 25 matçda forma geyinmək şansı qazanır. 17 fevral 2011-ci ildə futbolçu klubla 2015-ci ilə qədər müqavilə imzalayır. 180 milyon reallıq bu müqavilə Braziliya çempionatı tarixinə düşür. 
Uğurlu oyunlar sərgiləməsi skautların da gözündən yayınmır. İtaliya "İnter"i və "Real Madrid" oyunçunu almaq üçün hərəkətə keçsələr də bu bir nəticə vermir. 2012-ci ilin ortalarında Lukası transfer etmək üçün qollarını çirmələyən PSJ qısa müddət ərzində "San-Paulu"nu razı salır. Danışıqlara əsasən, futbolçu 2013-cü ilin yanvarında Parisə köçməli idi. 
"San-Paulu"da son mövsümü isə tarix yazaraq  keçirmək lazım idi ki, Lukas bunu bacardı. O, Cənubi Amerika kubokununun qəhrəmanlarından birinə çevrildi. Argentinanın "Tiqre" klubuyla keçirilən cavab final görüşündə maraqlı hadisə yaşandı. Belə ki, matçın 23-cü dəqiqəsində Lukas hesabı açdı və 5 dəqiqə sonra Osvaldoya ikinci qolun ötürməsini etdi. Matç elə ilk hissəylə də yekunlaşdı. Rəqibin meydançaya daxil olmaqdan çəkinməsi "San-Paulu"ya növbəti trafeyi qazandırdı. Klubun əfsanvi futbolçusu Rojerio Seni qələbədə əsas pay sahiblərindən olan Lukası unutmur. Kuboku öz əlləriylə Lukasa təhvil verir və onlar ikilikdə kuboku qaldırıb qələbəni qeyd edirlər. 
2012/13 mövsümünün transfer pəncərəsi açılan kimi futbolçu PSJ-ə keçir. 11 yanvar 2013-cü ildə Lukas, yeni komandasıyla debüt matçına çıxır. "Ayaçço" ilə keçirilən matçda hesab açılmır. 
Milli karyerası: 30 yanvar 2010-cu ildə 20 yaşa qədər futbolçulardan ibarət Braziliya seçməsinə dəvət olunur. Cənubi Amerika çempionatında uğurlu iştirakı ilə diqqət çəkir. Belə ki, Uruqvayla keçirilən  və "samboçular"ın 6:0 hesabıyla qalib gəldiyi həlledici matçda het-trik edir. 
27 mart 2011-ci il tarixində Lukas, Braziliyanın əsas komandasında Şotlandiya ilə keçirilən yoldaşlıq matçında debüt edir. 19-cu dəqiqədə Jadsonu əvəzləyən futbolçu, sona qədər meydanda qalır. 
29 martda futbolçu Roka Kubokunun ikinci final matçında əsas millidə ilk qoluna imza atır. Meydançanın yarısını rəqibləri keçərək irəliləyən futbolçu, topu qapıçının qorumadığı uzaq küncə göndərir.
Uğurları: San-Paulu kubokunun qalibi (21 yaşa qədər) - 2010
Atlantik kubokunun qalibi (19 yaşa qədər) - 2010
Cənubi Amerika kubokunun qalibi - 2012
Roka kubokunun qalibi - 2011
Cənubi Amerika gənclərarası çempionatının qalibi - 2011
Atlantik kubokunun ən yaxşı oyunçusu seçilib
2010-cu ildə Braziliyada ilin ən yaxşı gənc futbolçusu nominasiyasında qalib olub
2011-ci ildə San-Paulu ştatının ən yaxşı gənc futbolçusu seçilib

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

- Copyright © Gənc Futbolçular - Hatsune Miku - Powered by Blogger - Designed by Johanes Djogan -