- Back to Home »
- Argentina Milli Komandası , Cənubi Amerika , Gənc futbolçular haqqında məlumat , Hücumçular , İngiltərə Premyer Liqası »
- Franko Di Santo haqqında məlumat
Posted by : Unknown
воскресенье, 31 марта 2013 г.
Franko Di
Santo - İtalyan əsilli argentinalı futbolçu. Argentina yığmasının və
"Viqan Atletik" klubunun oyunçusu.
Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqeyində oynayır. Sol cinahda və sağ
ayaqla daha effektlidi.
7 aprel 1989-cu ildə Argentinanın Mendosa şəhərində anadan olub.
Futbolçu karyerasına Çili klubu olan "Audaks İtalyano"da başlayır. İlk mövsümdə gözəl performans sərgiləyərək çempionatda 76 matça 26 qol vurdu. Libertadores kubokunda da 6 matç keçirən Di Santo 1 qola imza atır. Növbəti mövsümün 17 matçında 12 qol vuran Franko avropa klublarının diqqət mərkəzinə düşür. 2008-ci ilin 25 yanvarında futbolçu London "Çelsi"sinə transfer olunur.
"Çelsi"də də gözəl futbol sərgiləyən idmançı bir çox matçlarla diqqət mərkəzinə düşür. 2009-10 mövsümündə təcrübə toplaması üçün "Bləkbörn Rover"sə icarəyə verilir. Burada da diqqət mərkəzinə düşməyi bacaran Di Santo, 2010-cu ildə "Viqan Atletik"ə 2.000.000 funt sterlinq müqabilində transfer olunur. Yeni klubunda debütü "Sanderlend"lə matça təsadüf edir. Lakin start heyətdə meydana çıxdığı ilk qarşılaşma, "Mançester Siti" ilə keçirilən oyun oldu.
Milli karyerasını da kifayət qədər uğurlu saymaq olar. O, 2006-cı ildə Argentina yığmasının gənclər heyətinə dəvət olunur və özünün milli komandada ilk qolunu Fransa yığmasının qapısından keçirir.
Əsas yığmada dübütü isə 2012-ci ildə Argentina - Səudiyyə Ərəbistanı matçına təsadüf edir.
Zədəyə meyilli futbolçudu, bu vaxta qədər 3 dəfə zədə problemləriylə bağlı müxtəlif oyunlardan kənarda qalmalı olub.