Posted by : Unknown четверг, 18 апреля 2013 г.

Henrik Mxitaryan - Ermənistan yığmasının və Donetsk "Şaxtyor"unun yarımmüdafiəçisi. 
24 yaşlı mərkəz yarımmüdafiəçisi hücumameyilli oynu ilə diqqət çəkir. Hər iki ayağı işləkdi.
Transfer qiyməti: 17.000.000 avro
1989-cu ildə Yerəvanda, futbolçu ailəsində anadan olur. Atasının futbol karyerasıyla ilə əlaqədar 1990-cı ildə ailəsiylə birgə Fransaya köçür. Atasının ölümündən sonra Yerəvana qayıdır. Futbolla Ermənistan "Pünik"ində tanış olur. 14 yaşı olarkən təcrübə keçmək üçün Braziliyanın "San Paulu" klubunun akademiyasına göndərilir. 
Bir müddət burda təcrübə topladıqdan sonra Yerəvana qayıdır. Yenidən "Pünik"lə yoluna davam edən futbolçu özünü elə ilk günlərdəcə sübut etməyi bacarır. 
İlk qolunu 2006-cı ilin sentyabrında vurur. Əsas heyətdə meydana çıxan gənc Mxitaryan artıq 18-ci dəqiqədə rəqib torunu silkələyir. 
Bir neçə il sonra Henrik dünya nəhənglərinin diqqət mərkəzinə düşür. "Lion"un heyətində də baxışdan keçən yarımmüdafiəçi, nəhayət, "Metallurq"a qismət olur. 
"Metallurq"un formasını cəmi bir il geyinsə də, kapitan sarğısını da əldə etməyi bacarır. 
2010-cu ildə "Tottenhem", "Verder" və "Şaxtyor" arasındakı rəqabətdən sonuncular qalib ayrılır və futbolçu "şaxtaçılar"la müqavilə imzalayır. 2012-ci ilin mayında "Şaxtyor"un ən yaxşı oyunçusu seçilir. Sport Ekspress qəzeti isə Mxitaryanı MDB-nin ən yaxşı futbolçusu elan edir. 
15 iyulda futbolçu fantastik nəticəyə imza atır. "Arsenal"la "şaxtaçılar" arasında baş tutan qarşılaşmada 2 qol və 2 məhsuldar ötürməylə yadda qalan Mxitaryan sonralar da ona bəslənən ümidi doğruldur. 
19 sentyabr 2012-ci ildə isə futbolçu "Norşelland"la keçirilən matçda fərqlənir və Çempionlar Liqasında qol vuran ilk erməni futbolçu kimi tarixə keçir. 
Uğurları: 4 dəfə Ermənistan çempionu olub. 
Bir dəfə Ermənistan kubokunu, bir dəfə isə superkubokunu qazanıb.
Ermənistanda 3 dəfə ilin futbolçusu seçilib (2009, 2011, 2012)
İki dəfə Ukrayna çempionu, bir dəfə Ukrayna kuboku və superkubokunu əldə edib.

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

- Copyright © Gənc Futbolçular - Hatsune Miku - Powered by Blogger - Designed by Johanes Djogan -