Показаны сообщения с ярлыком Avropa. Показать все сообщения
Henrik Mxitaryan haqqında məlumat
Henrik Mxitaryan - Ermənistan yığmasının və Donetsk "Şaxtyor"unun yarımmüdafiəçisi.
24 yaşlı mərkəz yarımmüdafiəçisi hücumameyilli oynu ilə diqqət çəkir. Hər iki ayağı işləkdi.
Transfer qiyməti: 17.000.000 avro
1989-cu ildə Yerəvanda, futbolçu ailəsində anadan olur. Atasının futbol karyerasıyla ilə əlaqədar 1990-cı ildə ailəsiylə birgə Fransaya köçür. Atasının ölümündən sonra Yerəvana qayıdır. Futbolla Ermənistan "Pünik"ində tanış olur. 14 yaşı olarkən təcrübə keçmək üçün Braziliyanın "San Paulu" klubunun akademiyasına göndərilir.
Bir müddət burda təcrübə topladıqdan sonra Yerəvana qayıdır. Yenidən "Pünik"lə yoluna davam edən futbolçu özünü elə ilk günlərdəcə sübut etməyi bacarır.
İlk qolunu 2006-cı ilin sentyabrında vurur. Əsas heyətdə meydana çıxan gənc Mxitaryan artıq 18-ci dəqiqədə rəqib torunu silkələyir.
Bir neçə il sonra Henrik dünya nəhənglərinin diqqət mərkəzinə düşür. "Lion"un heyətində də baxışdan keçən yarımmüdafiəçi, nəhayət, "Metallurq"a qismət olur.
"Metallurq"un formasını cəmi bir il geyinsə də, kapitan sarğısını da əldə etməyi bacarır.
2010-cu ildə "Tottenhem", "Verder" və "Şaxtyor" arasındakı rəqabətdən sonuncular qalib ayrılır və futbolçu "şaxtaçılar"la müqavilə imzalayır. 2012-ci ilin mayında "Şaxtyor"un ən yaxşı oyunçusu seçilir. Sport Ekspress qəzeti isə Mxitaryanı MDB-nin ən yaxşı futbolçusu elan edir.
15 iyulda futbolçu fantastik nəticəyə imza atır. "Arsenal"la "şaxtaçılar" arasında baş tutan qarşılaşmada 2 qol və 2 məhsuldar ötürməylə yadda qalan Mxitaryan sonralar da ona bəslənən ümidi doğruldur.
19 sentyabr 2012-ci ildə isə futbolçu "Norşelland"la keçirilən matçda fərqlənir və Çempionlar Liqasında qol vuran ilk erməni futbolçu kimi tarixə keçir.
Uğurları: 4 dəfə Ermənistan çempionu olub.
Bir dəfə Ermənistan kubokunu, bir dəfə isə superkubokunu qazanıb.
Ermənistanda 3 dəfə ilin futbolçusu seçilib (2009, 2011, 2012)
İki dəfə Ukrayna çempionu, bir dəfə Ukrayna kuboku və superkubokunu əldə edib.

Salih Uçan haqqında məlumat
Salih Uçan - "Fənarbağça" futbol
klubunun 48 nömrəli futbolçusu. 6 yanvar 1994-cü ildə anadan olub. Mərkəz
yarımmüdafiəçisidir, hücumameyilli yarımmüdafiəçi kimi də çıxış edir.
Hər iki ayaqla qüvvətli zərbələri var. Boyu
183 smdir.
Transfer qiyməti: 1.000.000 avro
Salih Uçan futbola "Marmaris Bələdiyyəspor"un
aşağı yaş qrupu üzrə komandasında başlayıb. 2008-ci ildə "Bucaspor"un
aşağı yaş qrupu üzrə komandasına keçir. Burada 2 il oynadıqdan sonra peşəkar
karyeraya başlamaq şansı qazanır. "Bucaspor" futbolçuyla müqavilə
imzalayaraq onu əsas heyətə cəlb edir. Daha 2 il "Bucaspor"un əsas
heyət oyunçusu kimi oynayan Salih, böyük komandalarının diqqət mərkəzinə düşür.
Daha cəld tərpənən "Fənərbağça",
futbolçunu 1 iyun 2012-ci il tarixində 1.400.000 avro və Okan Alkan
qarşılığında heyətinə qatır. Uçanın komandada debütü Türkiyə Kuboku yarışlarına
təsadüf edir. "Göztəpə" ilə keçirilən matçda ilk 11-likdə forma geyinən
futbolçu, daha sonra bəzi oyunlarda da bu şansı qazandı.
"Fənərbağça" üçün vurduğu ilk qol da
çox vacib oyunda vuruldu. "Viktoriya Pizen"lə keçirilən oyunda hesabı
açan Salih, bununla ilk qolunu da rəsmiləşdirmiş oldu. 7 aprel tarixində
"Orduspor" - "Fənərbağça" matçında dubla imza atmaqla bu dəqiqələrdə
ən çox danışılan futbolçu oldu.
Salih, Türkiyənin 20 yaşadək futbolçularından
ibarət milli komandasının da üzvüdü.
Saç düzümü, oyun oxuma bacarığı və dəqiq ötürmələriylə
diqqət çəkir. Bəzən sərt tənqid edilsə də yaşının azlığı nəzərə alınmalıdı. Cəmi
19 yaşı olan futbolçu, gələcək üçün əla perspektiv vəd edir.
Pol Poqba haqqında məlumat
Pol Poqba - Qvineya əsilli fransız futbolçu. "Yuventus"un və Fransa millisinin oyunçusu. 1993-cü ilin 15 mart tarixində anadan olub. Mərkəz yarımmüdafiəçisidir, hücumameyilli yarımmüdafiəçi kimi də çıxış edir. Sağ ayağı daha işləkdir.
Transfer qiyməti - 10.000.000 avro.
Karyerasına Parisin həvəskar "Ruassi-An-Bri" klubunda başlayır. Heyətinə cəlb olunduğu ilk peşəkar klub isə "Qavr" olur.
6 oktyabr 2009-cu ildə Poqba "Mançester Yunayted"lə müqavilə imzalayır. O, klubun akademiyasına cəlb olunur. "Mançester Yunayted"in 18 yaşa qədər futbolçulardan ibarət komandasında dübütü "Kru Aleksandra" matçına təsadüf edir ki, matçda "qırmızı şeytanlar" 2:1 hesabı ilə məğlub olurlar. 2010-cu ilin noyabrında futbolçu əvəzedici heyətə dəvət olunur. Elə həmin ayın 2-də "Bolton Uonderers"lə keçirilən matçda debüt edən Polun ayağı düşərli olur. Belə ki, komanda 3:1 hesabıyla qalib gəlir.
Futbolçu "Mançester Yunayted"in əsas heyətinə düşmək şansı da qazanır. 19 fevral 2011-ci ildə FA Cup turnirində iştirak üçün ser Aleks Ferqüsson tərəfindən əsas heyətə dəvət olunur. Lakin "Krouli Taun"la keçirilən matçı, futbolçu ehtiyyat oyunçular skamyasından izləməli olur. 20 sentyabr 2011-ci il tarixində isə Pol Poqbun əsas komandada debütü rəsmiləşir. Bu, "Lids Yunayted"lə keçirilən kubok matçına təsadüf edir.
Futbolçu baş məşqçinin inamını qazana bilmir və özünə yeni klub axtarmalı olur. 27 iyul 2012-ci il tarixində Pol, "Yuventus"un düşərgəsinə dəvət edilir. Tibbi baxışdan keçdikdən sonra, 3 avqust 2012-ci ildə Poqba Yuventusla 4 illik müqaviləyə imza atır. Elə həmin ayda - "Yuventus"un "Benfika" ilə keçirdiyi yoldaşlıq matçında - debüt etmək şansı qazanır. Andrea Pirlonu əvəzləyən futbolçu, özünü yaxşı tərəfdən göstərməyi bacarır.
Futbolçunun İtaliya A seriyasında debütü də çox gecikmir. "Kyevo" ilə keçirilən matçda forma geymək şansı qazanan Pol üçün uğurlar məhz bundan sonra sıralanmağa başlayır. O, turinlilərin heyətində ilk qolunu 20 oktyabr tarixində "Napoli" ilə keçirilən matçda vurur. Oyun "Zebralar"ın 2:0 hesablı qələbəsiylə yekunlaşır.
2013-cü il də futbolçu üçün əla başlayır. "Udineze" ilə keçirilən matçda Poqba karyerasının daha bir ilkinə imza atır. Vurduğu iki möhtəşəm qolla Pol, "Yuventus"a elə-belə gəlmədiyini bir daha sübut edir.
Əsasən, dəqiq, gözlənilməz ötürmələri ilə məşhurdur. Pol, "Yuventus"un əsas heyətində 19 yaşı olarkən 5 matç keçirən ikinci futbolçu kimi də tarixə düşüb. İlk belə uğura Alessandro Del Pyero imza atmışdı.
Yığma karyerasının uğurları əsasən, gənclər seçməsiylə bağlı olduğu üçün bu haqda çox danışmırıq.
Uğurları: Hələlik ən böyük uğuru "Yuventus"la İtaliya superkubokunu qazanmasıdır.
Oyun tərzi: Əsasən texnikalı, güclü və yaradıcı futbolçu kimi tanınır. Dəqiq ötürmələri və qüvvətli zərbələriylə komandasının oyununa əlavə gözəllik qatır.
Şəxsi həyatı: 2 qardaşı var və hər ikisi də futbolçudur. Böyük qardaşı Fransanın "Sedan", kiçiyi isə İngiltərənin "Kru Aleksandra" klubunda çıxış edir.

David Alaba haqqında məlumat
David Alaba
- Avstriya seçməsinin və "Bavariya" klubunun futbolçusu. 1992-ci il
24 iyunda anadan olub. Sol cinah müdafiəçisi olsa da, onu yarımmüdafiənin sol
cinahında və mərkəzində də görə bilərsiz. Sol ayağı daha işləkdir.
"Bavariya"nın yeni Lizarazyusu kimi də tanınır.
Anası həkim,
atası dj (reper) olan futbolçu, karyerasına "Aspern" klubunda
başlayır.
Transfer
qiyməti - 22.000.000 avro.
10 aprel
2010-cu ildə futbolçu "Bavariya"nın əsas heyətində debüt edir.
Münhenlilərin "Qroyter Fyurt"la Almaniya kubokunda keçirdiyi
qarşılaşmanın 59-cu dəqiqəsində Kristian Lelli əvəz edir. Bir neçə dəqiqə sonra
Frank Riberiyə qol ötürməsi edir. Bu qol komandaya qələbə qazandırır. Möhtəşəm
startdan başqa futbolçu "Bavariya"nın rəsmi matçlarda meydana çıxan ən
gənc oyunçusu kimi də tarixə düşür. Belə ki, onun bu ərəfədə cəmi 17 yaşı var
idi. 6 mart tarixində isə Alaba "Köln"lə keçirilən qarşılaşmada
meydana çıxmaqla Bundesliqa da debüt etmiş olur. Davidin Çempionlar Liqasındakı
debütü "Fiorentina" ilə matça təsadüf edir.
2011-ci ildə
"Bavariya" Alaba ilə müqaviləsini 2015-ci ilə qədər uzatdı.
Milli
karyerası: Alaba əsas millidə ilk dəfə 14 oktyabr 2009-cu ildə forma geyindi.
Fransa ilə keçirilən matçda o, Kristian Fuksu əvəz etdi.
Uğurları:
2011-ci ildə Avstriyada ilin oyunçusu
2009/10-cu
il mövsümündə Almaniya çempionu
2009/10-cu
il mövsümündə Almaniya kubokunun sahibi
2009/10-cu
il mövsümündə Almaniya superkubokunun
sahibi
2009/10;
2011/2012 mövsümlərində Çempionlar Liqası finalçısı
Gilfi Siqurdson haqqında məlumat
Gilfi
Siqurdson – İslandiyalı futbolçu. 8 sentyabr 1989-cu ildə Xabnarfyordur şəhərində
anadan olub. “Tottenhem” və İslandiya millisinin şərəfini qoruyur. Yarımmüdafiəçidir.
Əsasan, oyunlarda hücüma meyilli yarımmüdafiəçi kimi çıxış edir. Cərimə zərbələrinin
mahir ifaçısı. İşlək ayağı sağdır.
Transfer qiyməti 8 000 000 avrodur. Futbolda ilk addımlarını “Xabnarfyodur”
klubunda atıb və bir il sonra “Breydablik” klubuna keçib. 16 yaşda İngiltərənin
“Ridinq” klubuna transfer olunur. Burada əsas heyətdə yerini möhkəmləndirə bilməməsindən
dolayı müvafiq olaraq “Şrusberi Taun” (12 oyun, 1 qol) və “Kru Aleksandra” (15
oyun, 3 qol) klublarına icarəyə verilir. Ümümillikdə isə “Ridinq”in heyətində
43 oyuna, 20 dəfə fərqlənməyi bacarır . 2010-cu ildə “Hoffenhaym” klubuna
transfer olunur və burada 2 il ərzində çıxış etdiyi 36 oyuna, 9 qol vurur. Və
2012-ci ilin əvvəlində icarə əsasında “Suonsi” klubunda çıxış edir və özünü
yaxşı tərəfdən göstəə bilir (18 oyun, 7 qol). Və 2012-ci ilin yayında 8.8 pund
sterlinqə “Tottenhem”ə transfer olunub. Gilfi “Tottenhem”in heyətində 34 oyuna
cəmi 4 dəfə fərqlənməyi bacarıb.
Milli karyerası. İslandiyanın demək olar bütün yaş qruplarında çıxış edib. Əsas millinin heyətində isə 2010-cu ildə Andorra yığmasına qarşı çıxış edib. 4:0 İslandiya millisinin xeyri başa çatan oyunda Gilfi 1 assistlə yadda qalıb.

Alessandro Florentsi haqqında məlumat
Alessandro Florentsi - İtaliyalı futbolçu. 11 mart 1991-ci ildə Romada anadan olub.
Hazırda İtaliya yığmasının və "Roma" komandasının şərəfini qoruyur.
Yarımmüdafiəçidir. Əsasən, hücumameyilli oyunçu olsa da, bəzən sol cinah, bəzən
də mərkəz yarımmüdafiəçisi kimi çıxış edir. Sağ ayaq zərbələriylə daha təhlükəlidir.
Transfer qiyməti - 6.000.000 avro.
"Roma" futbol akademiyasının yetirməsi olan
futbolçu, paytaxt klubunda 22 may 2011-ci ildə debüt edib. "Roma"nın
3:1 hesabıyla qalib gəldiyi Sampdoriya matçında Florentsi, Tottinin əvəzinə
sonradan meydana daxil olub.
2011-ci ilin yayında futbolçu Seriya B klubu olan
"Kratone"yə icarəyə verilir. 22 iyun 2012-ci ildə "Kratone"
250.000 avro müqabilində futbolçunun 50%-lik hüquqlarına yiyələnir. Heç bir ay
keçməmiş, "Roma" klubu 1.250.000 avro itirərək, futbolçu üzərindəki
tam hüquqlarını yenidən bərpa edir.
Alessandro, özünün ilk qolunu 2 sentyabr 2012-ci ildə
"İnter"in qapısından keçirib.
Yığma karyerası. Futbolçu İtaliya gənclər yığmasında 6
sentyabr 2011-ci ildə Macarıstanla keçirilən matçda debüt edir. O, gənclər
yığmasında ilk qolunu Lixtenynşteynin qapısından keçirib.
Florentsi 14 noyabr 2012-ci ildə İtaliyanın əsas yığma
komandasında ilk matçına çıxıb. Fransa komandasıyla keçirilən bu matçda italyanlar
1:2 hesabı ilə məğlub oldular.