Показаны сообщения с ярлыком Müdafiəçilər. Показать все сообщения
Ruslan Abışov haqqında məlumat
Ruslan Abışov - Azərbaycan yığmasının və Kazan
"Rubin"inin futbolçusu. 10 oktyabr 1987-ci ildə Bakıda anadan olub.
Boyu 187 sm, çəkisi 74 kq.
Mərkəz müdafiəçisi olsa da, bəzi matçlarda yarımmüdafiədə
də qüvvəsini sınayıb. Bir neçə oyunda isə pleymeyker kimi də bacarığını ortaya
qoyub.
Transfer qiyməti: 400.000 avro.
"Neftçi" futbol məktəbinin yetirməsidir. Bu
günə qədər qazandığı uğurlar da elə bu klubun adı ilə bağlıdır. Paytaxt
klubunun heyətində 153 matç keçirib, 18 qola imza atıb. Daha sonra
"Neftçi"nin əsas rəqibi olan "Xəzər Lənkəran"a transfer
olunub. Bu, onun karyerasının ən qalmaqallı dönəmlərindən biri oldu. Belə ki,
futbolçu bu addımına görə əksər "Neftçi" azarkeşlərinin qınağına tuş
gəldi. Cənub təmsilçisinin heyətində 17 matçda forma geyinmək şansı qazandı və
1 qola imza atdı.
Ruslan Azərbaycan milli komandasının da əsas heyət
oyunçularından biridi. Gənclər yığmasında 25 matç keçirən müdafiəçimizin
aktivində 2 qol var. Daha sonra əsas yığmaya dəvət olunan Abışov, indiyə qədər
seçmə komandada 30 matç keçirib, 3 qola imza atıb. Əsas millidə debütü 2009-cu
ilin 5 sentyabr tarixində keçirilən Finlandiya matçına təsadüf edir.
Karyerasının maraqlı dönəmlərindən biri də şou-bizneslə
bağlıdı. Belə ki, futbolçu Sevda Yəhyayevanın "Gecdir Daha" klipinə çəkildikdən
sonra bəzi jurnalistlər tərəfindən tənqid olundu. Buna səbəb kimi futbolçunun məhz
bu dönəmlərdə zəif təsir bağışlaması oldu. "Xəzər Lənkəran"ın
"Bakı" və "Simurq"la oynunda yol verdiyi kobud səhvlər də
diqqətdən yayınmır.
Uğurları: 2 dəfə ölkə çempionu olub (2010/2011,
2011/2012)
2012-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib.
David Alaba haqqında məlumat
David Alaba
- Avstriya seçməsinin və "Bavariya" klubunun futbolçusu. 1992-ci il
24 iyunda anadan olub. Sol cinah müdafiəçisi olsa da, onu yarımmüdafiənin sol
cinahında və mərkəzində də görə bilərsiz. Sol ayağı daha işləkdir.
"Bavariya"nın yeni Lizarazyusu kimi də tanınır.
Anası həkim,
atası dj (reper) olan futbolçu, karyerasına "Aspern" klubunda
başlayır.
Transfer
qiyməti - 22.000.000 avro.
10 aprel
2010-cu ildə futbolçu "Bavariya"nın əsas heyətində debüt edir.
Münhenlilərin "Qroyter Fyurt"la Almaniya kubokunda keçirdiyi
qarşılaşmanın 59-cu dəqiqəsində Kristian Lelli əvəz edir. Bir neçə dəqiqə sonra
Frank Riberiyə qol ötürməsi edir. Bu qol komandaya qələbə qazandırır. Möhtəşəm
startdan başqa futbolçu "Bavariya"nın rəsmi matçlarda meydana çıxan ən
gənc oyunçusu kimi də tarixə düşür. Belə ki, onun bu ərəfədə cəmi 17 yaşı var
idi. 6 mart tarixində isə Alaba "Köln"lə keçirilən qarşılaşmada
meydana çıxmaqla Bundesliqa da debüt etmiş olur. Davidin Çempionlar Liqasındakı
debütü "Fiorentina" ilə matça təsadüf edir.
2011-ci ildə
"Bavariya" Alaba ilə müqaviləsini 2015-ci ilə qədər uzatdı.
Milli
karyerası: Alaba əsas millidə ilk dəfə 14 oktyabr 2009-cu ildə forma geyindi.
Fransa ilə keçirilən matçda o, Kristian Fuksu əvəz etdi.
Uğurları:
2011-ci ildə Avstriyada ilin oyunçusu
2009/10-cu
il mövsümündə Almaniya çempionu
2009/10-cu
il mövsümündə Almaniya kubokunun sahibi
2009/10-cu
il mövsümündə Almaniya superkubokunun
sahibi
2009/10;
2011/2012 mövsümlərində Çempionlar Liqası finalçısı

