Posted by : Unknown воскресенье, 31 марта 2013 г.

Alessandro Florentsi - İtaliyalı futbolçu.  11 mart 1991-ci ildə Romada anadan olub. Hazırda İtaliya yığmasının və "Roma" komandasının şərəfini qoruyur. Yarımmüdafiəçidir. Əsasən, hücumameyilli oyunçu olsa da, bəzən sol cinah, bəzən də mərkəz yarımmüdafiəçisi kimi çıxış edir. Sağ ayaq zərbələriylə daha təhlükəlidir.
Transfer qiyməti - 6.000.000 avro.
"Roma" futbol akademiyasının yetirməsi olan futbolçu, paytaxt klubunda 22 may 2011-ci ildə debüt edib. "Roma"nın 3:1 hesabıyla qalib gəldiyi Sampdoriya matçında Florentsi, Tottinin əvəzinə sonradan meydana daxil olub.
2011-ci ilin yayında futbolçu Seriya B klubu olan "Kratone"yə icarəyə verilir. 22 iyun 2012-ci ildə "Kratone" 250.000 avro müqabilində futbolçunun 50%-lik hüquqlarına yiyələnir. Heç bir ay keçməmiş, "Roma" klubu 1.250.000 avro itirərək, futbolçu üzərindəki tam hüquqlarını yenidən bərpa edir.
Alessandro, özünün ilk qolunu 2 sentyabr 2012-ci ildə "İnter"in qapısından keçirib.
Yığma karyerası. Futbolçu İtaliya gənclər yığmasında 6 sentyabr 2011-ci ildə Macarıstanla keçirilən matçda debüt edir. O, gənclər yığmasında ilk qolunu Lixtenynşteynin qapısından keçirib.
Florentsi 14 noyabr 2012-ci ildə İtaliyanın əsas yığma komandasında ilk matçına çıxıb. Fransa komandasıyla keçirilən bu matçda italyanlar 1:2 hesabı ilə məğlub oldular.

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

- Copyright © Gənc Futbolçular - Hatsune Miku - Powered by Blogger - Designed by Johanes Djogan -