Posted by : Unknown воскресенье, 7 апреля 2013 г.

Salih Uçan - "Fənarbağça" futbol klubunun 48 nömrəli futbolçusu. 6 yanvar 1994-cü ildə anadan olub. Mərkəz yarımmüdafiəçisidir, hücumameyilli yarımmüdafiəçi kimi də çıxış edir.
Hər iki ayaqla qüvvətli zərbələri var. Boyu 183 smdir.
Transfer qiyməti: 1.000.000 avro
Salih Uçan futbola "Marmaris Bələdiyyəspor"un aşağı yaş qrupu üzrə komandasında başlayıb. 2008-ci ildə "Bucaspor"un aşağı yaş qrupu üzrə komandasına keçir. Burada 2 il oynadıqdan sonra peşəkar karyeraya başlamaq şansı qazanır. "Bucaspor" futbolçuyla müqavilə imzalayaraq onu əsas heyətə cəlb edir. Daha 2 il "Bucaspor"un əsas heyət oyunçusu kimi oynayan Salih, böyük komandalarının diqqət mərkəzinə düşür.
Daha cəld tərpənən "Fənərbağça", futbolçunu 1 iyun 2012-ci il tarixində 1.400.000 avro və Okan Alkan qarşılığında heyətinə qatır. Uçanın komandada debütü Türkiyə Kuboku yarışlarına təsadüf edir. "Göztəpə" ilə keçirilən matçda ilk 11-likdə forma geyinən futbolçu, daha sonra bəzi oyunlarda da bu şansı qazandı.
"Fənərbağça" üçün vurduğu ilk qol da çox vacib oyunda vuruldu. "Viktoriya Pizen"lə keçirilən oyunda hesabı açan Salih, bununla ilk qolunu da rəsmiləşdirmiş oldu. 7 aprel tarixində "Orduspor" - "Fənərbağça" matçında dubla imza atmaqla bu dəqiqələrdə ən çox danışılan futbolçu oldu.
Salih, Türkiyənin 20 yaşadək futbolçularından ibarət milli komandasının da üzvüdü.
Saç düzümü, oyun oxuma bacarığı və dəqiq ötürmələriylə diqqət çəkir. Bəzən sərt tənqid edilsə də yaşının azlığı nəzərə alınmalıdı. Cəmi 19 yaşı olan futbolçu, gələcək üçün əla perspektiv vəd edir.

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

- Copyright © Gənc Futbolçular - Hatsune Miku - Powered by Blogger - Designed by Johanes Djogan -