Archive for марта 2013

Alessandro Florentsi haqqında məlumat

Alessandro Florentsi - İtaliyalı futbolçu.  11 mart 1991-ci ildə Romada anadan olub. Hazırda İtaliya yığmasının və "Roma" komandasının şərəfini qoruyur. Yarımmüdafiəçidir. Əsasən, hücumameyilli oyunçu olsa da, bəzən sol cinah, bəzən də mərkəz yarımmüdafiəçisi kimi çıxış edir. Sağ ayaq zərbələriylə daha təhlükəlidir.
Transfer qiyməti - 6.000.000 avro.
"Roma" futbol akademiyasının yetirməsi olan futbolçu, paytaxt klubunda 22 may 2011-ci ildə debüt edib. "Roma"nın 3:1 hesabıyla qalib gəldiyi Sampdoriya matçında Florentsi, Tottinin əvəzinə sonradan meydana daxil olub.
2011-ci ilin yayında futbolçu Seriya B klubu olan "Kratone"yə icarəyə verilir. 22 iyun 2012-ci ildə "Kratone" 250.000 avro müqabilində futbolçunun 50%-lik hüquqlarına yiyələnir. Heç bir ay keçməmiş, "Roma" klubu 1.250.000 avro itirərək, futbolçu üzərindəki tam hüquqlarını yenidən bərpa edir.
Alessandro, özünün ilk qolunu 2 sentyabr 2012-ci ildə "İnter"in qapısından keçirib.
Yığma karyerası. Futbolçu İtaliya gənclər yığmasında 6 sentyabr 2011-ci ildə Macarıstanla keçirilən matçda debüt edir. O, gənclər yığmasında ilk qolunu Lixtenynşteynin qapısından keçirib.
Florentsi 14 noyabr 2012-ci ildə İtaliyanın əsas yığma komandasında ilk matçına çıxıb. Fransa komandasıyla keçirilən bu matçda italyanlar 1:2 hesabı ilə məğlub oldular.

Franko Di Santo haqqında məlumat

Franko Di Santo - İtalyan əsilli argentinalı futbolçu. Argentina yığmasının və "Viqan Atletik" klubunun oyunçusu.
Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqeyində oynayır. Sol cinahda və sağ ayaqla daha effektlidi.
7 aprel 1989-cu ildə Argentinanın Mendosa şəhərində anadan olub.
Futbolçu karyerasına Çili klubu olan "Audaks İtalyano"da başlayır. İlk mövsümdə gözəl performans sərgiləyərək çempionatda 76 matça 26 qol vurdu. Libertadores kubokunda da 6 matç keçirən Di Santo 1 qola imza atır. Növbəti mövsümün 17 matçında 12 qol vuran Franko avropa klublarının diqqət mərkəzinə düşür. 2008-ci ilin 25 yanvarında futbolçu London "Çelsi"sinə transfer olunur.
"Çelsi"də də gözəl futbol sərgiləyən idmançı bir çox matçlarla diqqət mərkəzinə düşür. 2009-10 mövsümündə təcrübə toplaması üçün "Bləkbörn Rover"sə icarəyə verilir. Burada da diqqət mərkəzinə düşməyi bacaran Di Santo, 2010-cu ildə "Viqan Atletik"ə 2.000.000 funt sterlinq müqabilində transfer olunur. Yeni klubunda debütü "Sanderlend"lə matça təsadüf edir. Lakin start heyətdə meydana çıxdığı ilk qarşılaşma, "Mançester Siti" ilə keçirilən oyun oldu.
Milli karyerasını da kifayət qədər uğurlu saymaq olar. O, 2006-cı ildə Argentina yığmasının gənclər heyətinə dəvət olunur və özünün milli komandada ilk qolunu Fransa yığmasının qapısından keçirir.
Əsas yığmada dübütü isə 2012-ci ildə Argentina - Səudiyyə Ərəbistanı matçına təsadüf edir.
Zədəyə meyilli futbolçudu, bu vaxta qədər 3 dəfə zədə problemləriylə bağlı müxtəlif oyunlardan kənarda qalmalı olub.

- Copyright © Gənc Futbolçular - Hatsune Miku - Powered by Blogger - Designed by Johanes Djogan -