Henrik Mxitaryan haqqında məlumat

Henrik Mxitaryan - Ermənistan yığmasının və Donetsk "Şaxtyor"unun yarımmüdafiəçisi. 
24 yaşlı mərkəz yarımmüdafiəçisi hücumameyilli oynu ilə diqqət çəkir. Hər iki ayağı işləkdi.
Transfer qiyməti: 17.000.000 avro
1989-cu ildə Yerəvanda, futbolçu ailəsində anadan olur. Atasının futbol karyerasıyla ilə əlaqədar 1990-cı ildə ailəsiylə birgə Fransaya köçür. Atasının ölümündən sonra Yerəvana qayıdır. Futbolla Ermənistan "Pünik"ində tanış olur. 14 yaşı olarkən təcrübə keçmək üçün Braziliyanın "San Paulu" klubunun akademiyasına göndərilir. 
Bir müddət burda təcrübə topladıqdan sonra Yerəvana qayıdır. Yenidən "Pünik"lə yoluna davam edən futbolçu özünü elə ilk günlərdəcə sübut etməyi bacarır. 
İlk qolunu 2006-cı ilin sentyabrında vurur. Əsas heyətdə meydana çıxan gənc Mxitaryan artıq 18-ci dəqiqədə rəqib torunu silkələyir. 
Bir neçə il sonra Henrik dünya nəhənglərinin diqqət mərkəzinə düşür. "Lion"un heyətində də baxışdan keçən yarımmüdafiəçi, nəhayət, "Metallurq"a qismət olur. 
"Metallurq"un formasını cəmi bir il geyinsə də, kapitan sarğısını da əldə etməyi bacarır. 
2010-cu ildə "Tottenhem", "Verder" və "Şaxtyor" arasındakı rəqabətdən sonuncular qalib ayrılır və futbolçu "şaxtaçılar"la müqavilə imzalayır. 2012-ci ilin mayında "Şaxtyor"un ən yaxşı oyunçusu seçilir. Sport Ekspress qəzeti isə Mxitaryanı MDB-nin ən yaxşı futbolçusu elan edir. 
15 iyulda futbolçu fantastik nəticəyə imza atır. "Arsenal"la "şaxtaçılar" arasında baş tutan qarşılaşmada 2 qol və 2 məhsuldar ötürməylə yadda qalan Mxitaryan sonralar da ona bəslənən ümidi doğruldur. 
19 sentyabr 2012-ci ildə isə futbolçu "Norşelland"la keçirilən matçda fərqlənir və Çempionlar Liqasında qol vuran ilk erməni futbolçu kimi tarixə keçir. 
Uğurları: 4 dəfə Ermənistan çempionu olub. 
Bir dəfə Ermənistan kubokunu, bir dəfə isə superkubokunu qazanıb.
Ermənistanda 3 dəfə ilin futbolçusu seçilib (2009, 2011, 2012)
İki dəfə Ukrayna çempionu, bir dəfə Ukrayna kuboku və superkubokunu əldə edib.

Salih Uçan haqqında məlumat

Salih Uçan - "Fənarbağça" futbol klubunun 48 nömrəli futbolçusu. 6 yanvar 1994-cü ildə anadan olub. Mərkəz yarımmüdafiəçisidir, hücumameyilli yarımmüdafiəçi kimi də çıxış edir.
Hər iki ayaqla qüvvətli zərbələri var. Boyu 183 smdir.
Transfer qiyməti: 1.000.000 avro
Salih Uçan futbola "Marmaris Bələdiyyəspor"un aşağı yaş qrupu üzrə komandasında başlayıb. 2008-ci ildə "Bucaspor"un aşağı yaş qrupu üzrə komandasına keçir. Burada 2 il oynadıqdan sonra peşəkar karyeraya başlamaq şansı qazanır. "Bucaspor" futbolçuyla müqavilə imzalayaraq onu əsas heyətə cəlb edir. Daha 2 il "Bucaspor"un əsas heyət oyunçusu kimi oynayan Salih, böyük komandalarının diqqət mərkəzinə düşür.
Daha cəld tərpənən "Fənərbağça", futbolçunu 1 iyun 2012-ci il tarixində 1.400.000 avro və Okan Alkan qarşılığında heyətinə qatır. Uçanın komandada debütü Türkiyə Kuboku yarışlarına təsadüf edir. "Göztəpə" ilə keçirilən matçda ilk 11-likdə forma geyinən futbolçu, daha sonra bəzi oyunlarda da bu şansı qazandı.
"Fənərbağça" üçün vurduğu ilk qol da çox vacib oyunda vuruldu. "Viktoriya Pizen"lə keçirilən oyunda hesabı açan Salih, bununla ilk qolunu da rəsmiləşdirmiş oldu. 7 aprel tarixində "Orduspor" - "Fənərbağça" matçında dubla imza atmaqla bu dəqiqələrdə ən çox danışılan futbolçu oldu.
Salih, Türkiyənin 20 yaşadək futbolçularından ibarət milli komandasının da üzvüdü.
Saç düzümü, oyun oxuma bacarığı və dəqiq ötürmələriylə diqqət çəkir. Bəzən sərt tənqid edilsə də yaşının azlığı nəzərə alınmalıdı. Cəmi 19 yaşı olan futbolçu, gələcək üçün əla perspektiv vəd edir.

Ruslan Abışov haqqında məlumat

Ruslan Abışov - Azərbaycan yığmasının və Kazan "Rubin"inin futbolçusu. 10 oktyabr 1987-ci ildə Bakıda anadan olub. Boyu 187 sm, çəkisi 74 kq.
Mərkəz müdafiəçisi olsa da, bəzi matçlarda yarımmüdafiədə də qüvvəsini sınayıb. Bir neçə oyunda isə pleymeyker kimi də bacarığını ortaya qoyub.
Transfer qiyməti: 400.000 avro.
"Neftçi" futbol məktəbinin yetirməsidir. Bu günə qədər qazandığı uğurlar da elə bu klubun adı ilə bağlıdır. Paytaxt klubunun heyətində 153 matç keçirib, 18 qola imza atıb. Daha sonra "Neftçi"nin əsas rəqibi olan "Xəzər Lənkəran"a transfer olunub. Bu, onun karyerasının ən qalmaqallı dönəmlərindən biri oldu. Belə ki, futbolçu bu addımına görə əksər "Neftçi" azarkeşlərinin qınağına tuş gəldi. Cənub təmsilçisinin heyətində 17 matçda forma geyinmək şansı qazandı və 1 qola imza atdı.
Ruslan Azərbaycan milli komandasının da əsas heyət oyunçularından biridi. Gənclər yığmasında 25 matç keçirən müdafiəçimizin aktivində 2 qol var. Daha sonra əsas yığmaya dəvət olunan Abışov, indiyə qədər seçmə komandada 30 matç keçirib, 3 qola imza atıb. Əsas millidə debütü 2009-cu ilin 5 sentyabr tarixində keçirilən Finlandiya matçına təsadüf edir. 
Karyerasının maraqlı dönəmlərindən biri də şou-bizneslə bağlıdı. Belə ki, futbolçu Sevda Yəhyayevanın "Gecdir Daha" klipinə çəkildikdən sonra bəzi jurnalistlər tərəfindən tənqid olundu. Buna səbəb kimi futbolçunun məhz bu dönəmlərdə zəif təsir bağışlaması oldu. "Xəzər Lənkəran"ın "Bakı" və "Simurq"la oynunda yol verdiyi kobud səhvlər də diqqətdən yayınmır.
Uğurları: 2 dəfə ölkə çempionu olub (2010/2011, 2011/2012)
2012-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib.

Lukas Moura haqqında məlumat

Lukas - Braziliya seçməsinin və PSJ klubunun futbolçusu. 1992-ci ilin 13 avqustunda Braziliyanın San-Paulu şəhərində anadan olub. Tam adı Lukas Rodriqes Moura da Silvadır. Sol cinah yarımmüdafiəçisidir. Mərkəzdə və sağ cinahda da yaxşı oyun sərgiləyə bilir, hücumameyilldir. Sağ ayaqla daha təhlükəlidir.
Transfer qiyməti - 35.000.000 avro
Futbolçu kimi "Marselinko Karioki" futbol məktəbində yetişir. Daha sonra futbolçu "Santa Mariya" və "Jiventus" klublarında da təcrübə toplayır. 2002-ci ildə "Korintians"ın gənclər komandasının heyətinə cəlb edilir. Burada 3 il oynadıqdan sonra "San-Paulu" klubuna keçir. Debütü bir qədər yubansa da kluba yeni məşqçinin təyin edilməsi Lukas üçün də qapıları açır. Komandanın heyətində ilk matçı "Atletiko Paraneanse" ilə keçirilən oyuna təsadüf edir. Debüt uğurlu alınır və futbolçu ilin sonuna kimi 25 matçda forma geyinmək şansı qazanır. 17 fevral 2011-ci ildə futbolçu klubla 2015-ci ilə qədər müqavilə imzalayır. 180 milyon reallıq bu müqavilə Braziliya çempionatı tarixinə düşür. 
Uğurlu oyunlar sərgiləməsi skautların da gözündən yayınmır. İtaliya "İnter"i və "Real Madrid" oyunçunu almaq üçün hərəkətə keçsələr də bu bir nəticə vermir. 2012-ci ilin ortalarında Lukası transfer etmək üçün qollarını çirmələyən PSJ qısa müddət ərzində "San-Paulu"nu razı salır. Danışıqlara əsasən, futbolçu 2013-cü ilin yanvarında Parisə köçməli idi. 
"San-Paulu"da son mövsümü isə tarix yazaraq  keçirmək lazım idi ki, Lukas bunu bacardı. O, Cənubi Amerika kubokununun qəhrəmanlarından birinə çevrildi. Argentinanın "Tiqre" klubuyla keçirilən cavab final görüşündə maraqlı hadisə yaşandı. Belə ki, matçın 23-cü dəqiqəsində Lukas hesabı açdı və 5 dəqiqə sonra Osvaldoya ikinci qolun ötürməsini etdi. Matç elə ilk hissəylə də yekunlaşdı. Rəqibin meydançaya daxil olmaqdan çəkinməsi "San-Paulu"ya növbəti trafeyi qazandırdı. Klubun əfsanvi futbolçusu Rojerio Seni qələbədə əsas pay sahiblərindən olan Lukası unutmur. Kuboku öz əlləriylə Lukasa təhvil verir və onlar ikilikdə kuboku qaldırıb qələbəni qeyd edirlər. 
2012/13 mövsümünün transfer pəncərəsi açılan kimi futbolçu PSJ-ə keçir. 11 yanvar 2013-cü ildə Lukas, yeni komandasıyla debüt matçına çıxır. "Ayaçço" ilə keçirilən matçda hesab açılmır. 
Milli karyerası: 30 yanvar 2010-cu ildə 20 yaşa qədər futbolçulardan ibarət Braziliya seçməsinə dəvət olunur. Cənubi Amerika çempionatında uğurlu iştirakı ilə diqqət çəkir. Belə ki, Uruqvayla keçirilən  və "samboçular"ın 6:0 hesabıyla qalib gəldiyi həlledici matçda het-trik edir. 
27 mart 2011-ci il tarixində Lukas, Braziliyanın əsas komandasında Şotlandiya ilə keçirilən yoldaşlıq matçında debüt edir. 19-cu dəqiqədə Jadsonu əvəzləyən futbolçu, sona qədər meydanda qalır. 
29 martda futbolçu Roka Kubokunun ikinci final matçında əsas millidə ilk qoluna imza atır. Meydançanın yarısını rəqibləri keçərək irəliləyən futbolçu, topu qapıçının qorumadığı uzaq küncə göndərir.
Uğurları: San-Paulu kubokunun qalibi (21 yaşa qədər) - 2010
Atlantik kubokunun qalibi (19 yaşa qədər) - 2010
Cənubi Amerika kubokunun qalibi - 2012
Roka kubokunun qalibi - 2011
Cənubi Amerika gənclərarası çempionatının qalibi - 2011
Atlantik kubokunun ən yaxşı oyunçusu seçilib
2010-cu ildə Braziliyada ilin ən yaxşı gənc futbolçusu nominasiyasında qalib olub
2011-ci ildə San-Paulu ştatının ən yaxşı gənc futbolçusu seçilib

Pol Poqba haqqında məlumat

Pol Poqba - Qvineya əsilli fransız futbolçu. "Yuventus"un və Fransa millisinin oyunçusu. 1993-cü ilin 15 mart tarixində anadan olub. Mərkəz yarımmüdafiəçisidir, hücumameyilli yarımmüdafiəçi kimi də çıxış edir. Sağ ayağı daha işləkdir.
Transfer qiyməti - 10.000.000 avro.
Karyerasına Parisin həvəskar "Ruassi-An-Bri" klubunda başlayır. Heyətinə cəlb olunduğu ilk peşəkar klub isə "Qavr" olur.
6 oktyabr 2009-cu ildə Poqba "Mançester Yunayted"lə müqavilə imzalayır. O, klubun akademiyasına cəlb olunur. "Mançester Yunayted"in 18 yaşa qədər futbolçulardan ibarət komandasında dübütü "Kru Aleksandra" matçına təsadüf edir ki, matçda "qırmızı şeytanlar" 2:1 hesabı ilə məğlub olurlar. 2010-cu ilin noyabrında futbolçu əvəzedici heyətə dəvət olunur. Elə həmin ayın 2-də "Bolton Uonderers"lə keçirilən matçda debüt edən Polun ayağı düşərli olur. Belə ki, komanda 3:1 hesabıyla qalib gəlir.
Futbolçu "Mançester Yunayted"in əsas heyətinə düşmək şansı da qazanır. 19 fevral 2011-ci ildə FA Cup turnirində iştirak üçün ser Aleks Ferqüsson tərəfindən əsas heyətə dəvət olunur. Lakin "Krouli Taun"la keçirilən matçı, futbolçu ehtiyyat oyunçular skamyasından izləməli olur. 20 sentyabr 2011-ci il tarixində isə Pol Poqbun əsas komandada debütü rəsmiləşir. Bu, "Lids Yunayted"lə keçirilən kubok matçına təsadüf edir.
Futbolçu baş məşqçinin inamını qazana bilmir və özünə yeni klub axtarmalı olur. 27 iyul 2012-ci il tarixində Pol, "Yuventus"un düşərgəsinə dəvət edilir. Tibbi baxışdan keçdikdən sonra, 3 avqust 2012-ci ildə Poqba Yuventusla 4 illik müqaviləyə imza atır. Elə həmin ayda - "Yuventus"un "Benfika" ilə keçirdiyi yoldaşlıq matçında - debüt etmək şansı qazanır. Andrea Pirlonu əvəzləyən futbolçu, özünü yaxşı tərəfdən göstərməyi bacarır.
Futbolçunun İtaliya A seriyasında debütü də çox gecikmir. "Kyevo" ilə keçirilən matçda forma geymək şansı qazanan Pol üçün uğurlar məhz bundan sonra sıralanmağa başlayır. O, turinlilərin heyətində ilk qolunu 20 oktyabr tarixində "Napoli" ilə keçirilən matçda vurur. Oyun "Zebralar"ın 2:0 hesablı qələbəsiylə yekunlaşır.
2013-cü il də futbolçu üçün əla başlayır. "Udineze" ilə keçirilən matçda Poqba karyerasının daha bir ilkinə imza atır. Vurduğu iki möhtəşəm qolla Pol, "Yuventus"a elə-belə gəlmədiyini bir daha sübut edir.
Əsasən, dəqiq, gözlənilməz ötürmələri ilə məşhurdur. Pol, "Yuventus"un əsas heyətində 19 yaşı olarkən 5 matç keçirən ikinci futbolçu kimi də tarixə düşüb. İlk belə uğura Alessandro Del Pyero imza atmışdı.
Yığma karyerasının uğurları əsasən, gənclər seçməsiylə bağlı olduğu üçün bu haqda çox danışmırıq.
Uğurları: Hələlik ən böyük uğuru "Yuventus"la İtaliya superkubokunu qazanmasıdır.
Oyun tərzi: Əsasən texnikalı, güclü və yaradıcı futbolçu kimi tanınır. Dəqiq ötürmələri və qüvvətli zərbələriylə komandasının oyununa əlavə gözəllik qatır.
Şəxsi həyatı: 2 qardaşı var və hər ikisi də futbolçudur. Böyük qardaşı Fransanın "Sedan", kiçiyi isə İngiltərənin "Kru Aleksandra" klubunda çıxış edir.

David Alaba haqqında məlumat

David Alaba - Avstriya seçməsinin və "Bavariya" klubunun futbolçusu. 1992-ci il 24 iyunda anadan olub. Sol cinah müdafiəçisi olsa da, onu yarımmüdafiənin sol cinahında və mərkəzində də görə bilərsiz. Sol ayağı daha işləkdir. "Bavariya"nın yeni Lizarazyusu kimi də tanınır.
Anası həkim, atası dj (reper) olan futbolçu, karyerasına "Aspern" klubunda başlayır.
Transfer qiyməti - 22.000.000 avro.
10 aprel 2010-cu ildə futbolçu "Bavariya"nın əsas heyətində debüt edir. Münhenlilərin "Qroyter Fyurt"la Almaniya kubokunda keçirdiyi qarşılaşmanın 59-cu dəqiqəsində Kristian Lelli əvəz edir. Bir neçə dəqiqə sonra Frank Riberiyə qol ötürməsi edir. Bu qol komandaya qələbə qazandırır. Möhtəşəm startdan başqa futbolçu "Bavariya"nın rəsmi matçlarda meydana çıxan ən gənc oyunçusu kimi də tarixə düşür. Belə ki, onun bu ərəfədə cəmi 17 yaşı var idi. 6 mart tarixində isə Alaba "Köln"lə keçirilən qarşılaşmada meydana çıxmaqla Bundesliqa da debüt etmiş olur. Davidin Çempionlar Liqasındakı debütü "Fiorentina" ilə matça təsadüf edir.
2011-ci ildə "Bavariya" Alaba ilə müqaviləsini 2015-ci ilə qədər uzatdı.
Milli karyerası: Alaba əsas millidə ilk dəfə 14 oktyabr 2009-cu ildə forma geyindi. Fransa ilə keçirilən matçda o, Kristian Fuksu əvəz etdi.
Uğurları: 2011-ci ildə Avstriyada ilin oyunçusu
2009/10-cu il mövsümündə Almaniya çempionu
2009/10-cu il mövsümündə Almaniya kubokunun sahibi
2009/10-cu il mövsümündə Almaniya  superkubokunun sahibi
2009/10; 2011/2012 mövsümlərində Çempionlar Liqası finalçısı

Gilfi Siqurdson haqqında məlumat

Gilfi Siqurdson – İslandiyalı futbolçu. 8 sentyabr 1989-cu ildə Xabnarfyordur şəhərində anadan olub. “Tottenhem” və İslandiya millisinin şərəfini qoruyur. Yarımmüdafiəçidir. Əsasan, oyunlarda hücüma meyilli yarımmüdafiəçi kimi çıxış edir. Cərimə zərbələrinin mahir ifaçısı. İşlək ayağı sağdır.
Transfer qiyməti 8 000 000 avrodur. Futbolda ilk addımlarını “Xabnarfyodur” klubunda atıb və bir il sonra “Breydablik” klubuna keçib. 16 yaşda İngiltərənin “Ridinq” klubuna transfer olunur. Burada əsas heyətdə yerini möhkəmləndirə bilməməsindən dolayı müvafiq olaraq “Şrusberi Taun” (12 oyun, 1 qol) və “Kru Aleksandra” (15 oyun, 3 qol) klublarına icarəyə verilir. Ümümillikdə isə “Ridinq”in heyətində 43 oyuna, 20 dəfə fərqlənməyi bacarır . 2010-cu ildə “Hoffenhaym” klubuna transfer olunur və burada 2 il ərzində çıxış etdiyi 36 oyuna, 9 qol vurur. Və 2012-ci ilin əvvəlində icarə əsasında “Suonsi” klubunda çıxış edir və özünü yaxşı tərəfdən göstəə bilir (18 oyun, 7 qol). Və 2012-ci ilin yayında 8.8 pund sterlinqə “Tottenhem”ə transfer olunub. Gilfi “Tottenhem”in heyətində 34 oyuna cəmi 4 dəfə fərqlənməyi bacarıb.
Milli karyerası. İslandiyanın demək olar bütün yaş qruplarında çıxış edib. Əsas millinin heyətində isə 2010-cu ildə Andorra yığmasına qarşı çıxış edib. 4:0 İslandiya millisinin xeyri başa çatan oyunda Gilfi 1 assistlə yadda qalıb.

- Copyright © Gənc Futbolçular - Hatsune Miku - Powered by Blogger - Designed by Johanes Djogan -